Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlandı

    9 hours ago

    1

    0

    Bu il aprelin 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 965,3 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 8,4 %-i qədər olub. Valyuta.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 237,8 milyon manatı (5 milyard 434 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 727,5 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb. Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 %-ni sabit, 41,8 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 %, avro – 18,7 %, manat – 12,3 %, yapon yeni – 3,9 %, digər valyutalar – 1,8 %.
    Click here to Read more
    Prev Article
    Problemli kreditlərin məbləği 32 milyon artdı - Son rəqəmlər
    Next Article
    Bu 6 tətbiq kartınızdakı pulları çəkir: Dərhal silin! - XƏBƏRDARLIQ

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment