Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanın 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsi açıqlanıb

    1 week ago

    2

    0

    Maliyyə Nazirliyi Azərbaycanın 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Büdcə Çərçivəsini təqdim edib. Finss.az xəbər verir ki, sənəd Prezidentin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və Nazirlər Kabinetinin “2026-cı il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” 28 yanvar 2025-ci il tarixli sərəncamına əsasən hazırlanıb. Ortamüddətli Büdcə Çərçivəsi ölkənin büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini əhatə edir. Sənəddə, həmçinin icmal və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozları, büdcə islahatlarına cəlb olunmuş sektorlarda nəzərdə tutulan proqramların maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitlərin yuxarı hədləri əks olunub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan əhalisinin gəlir və xərcləri artacaq - 2026-2029 proqnozları
    Next Article
    Azərbaycan iqtisadiyyatında ortamüddətli artım proqnozları açıqlanıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment