Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycandan xaricə pul köçürmələri üzrə ÖLKƏLƏR CƏDVƏLİ

    1 week ago

    3

    0

    2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir. Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb. Məlumata əsasən, ötən il ən çox pul köçürülən ölkə Türkiyə olub. Fiziki şəxslər bu ölkəyə ümumilikdə 151,8 milyon ABŞ dolları məbləğində vəsait göndəriblər. Bu göstərici 2023-cü illə müqayisədə 5,7 milyon ABŞ dolları və ya 3,9% artım göstərib. İkinci yerdə 60,4 milyon ABŞ dolları ilə Amerika Birləşmiş Ştatları qərarlaşıb. Bu da əvvəlki illə müqayisədə 1,5 milyon ABŞ dolları və ya 10,3% çoxdur. Siyahının üçüncü pilləsində isə Rusiya yer alır – bu ölkəyə göndərilən pul köçürmələrinin həcmi 58 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilə nisbətən 16,2 milyon ABŞ dolları və ya 21,8% azalma deməkdir. Ölkə Məbləğ (min ABŞ dolları) Türkiyə 151 837 ABŞ 60 425 Rusiya 57 988 Gürcüstan 44 987 Birləşmiş Krallıq 28 456 Almaniya 23 259 BƏƏ 14 418 Çin 11 779 Kanada 10 037 Qazaxıstan 8 580 Fransa 7 693 Ukrayna 7 676 İspaniya 6 837 İsveçrə 6 525 İtaliya 5 999 Avstriya 5 724 Polşa 5 620 Koreya Respublikası 5 358 Niderland 4 930 Özbəkistan 4 615 Çexiya 4 443 Belçika 3 660 Litva 3 156 İsrail 2 740 Yunanıstan 2 558 Hindistan 2 462 Digər ölkələr 34 997 Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Xalq artisti Tünzalə Ağayeva ilə Samir Piriyev bir arada – FOTO/VİDEO 
    Next Article
    Avstriyadan Azərbaycana pul köçürmələri artıb, əks istiqamətdə azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment