Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycandan Niderlanda və əks istiqamətdə pul köçürmələri artıb

    1 week ago

    3

    0

    2024-cü ildə Azərbaycandan Niderlanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,9 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 52,3% artım deməkdir. Niderlandın ümumi pul köçürmələrindəki payı 0,9% təşkil edib. Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ildə Niderlanddan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon ABŞ dolları olub, bu da əvvəlki illə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 24,2% artım deməkdir. Bu dövr ərzində ölkəyə ümumi pul köçürmələrində Niderlandın payı 0,6% təşkil edib. 2023-cü ildə Azərbaycandan Niderlanda 3,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 4,8 milyon ABŞ dolları pul köçürülmüşdü. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü il ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalmadır. Həmçinin, xarici ölkələrdən Azərbaycana pul köçürmələri 1,08 milyard ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma göstərir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur – FOTO/SİYAHI
    Next Article
    Azərbaycanın tikinti gipsi istehsalı artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment