Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycandan Litvaya pul köçürmələri azalıb, əks istiqamətdə artıb

    1 week ago

    3

    0

    2024-cü ildə Azərbaycandan Litvaya fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib. Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 1,8 milyon dollar və ya 36,5% azalma deməkdir. Hesabat ilində Litvaya edilən köçürmələrin ümumi köçürmələrdə payı 0,6% olub. Əks istiqamətdə – Litvadan Azərbaycana ötən il fiziki şəxslər tərəfindən 5,4 milyon ABŞ dolları köçürülüb. Bu isə 2023-cü illə müqayisədə 93 min dollar və ya 1,7% artım deməkdir. Litvadan daxil olan köçürmələrin ümumi daxilolmalardakı payı 0,5% təşkil edib. Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Litvaya köçürmələr 5 milyon dollar, əks istiqamətdə isə 5,3 milyon dollar olub. Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 526,8 milyon dollar təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azdır. Eyni zamanda, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,08 milyard dollar təşkil edib. Bu göstərici 2023-cü ilə nisbətən 571,9 milyon dollar və ya 34,6% azalma ilə yadda qalıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Qubada yağış evlərdə uçma təhlükəsi yaratdı – VİDEO
    Next Article
    Asia stocks rise amid tariff negotiation hopes; TSMC earnings awaited

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment