Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycandan İspaniyaya pul köçürmələrində kəskin artım qeydə alınıb

    1 day ago

    3

    0

    2024-cü ildə Azərbaycandan İspaniyaya fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi əhəmiyyətli dərəcədə artaraq 6,8 milyon ABŞ dollarına çatıb. Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 2,5 milyon dollar və ya 58,4% çoxdur. Hesabat ilində İspaniyanın ümumi pul köçürmələri içərisində payı 1,3% təşkil edib. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə bu göstərici 4,3 milyon dollar idi. Ümumilikdə, ötən il Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin ümumi həcmi 526,8 milyon dollar təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalma deməkdir. Bununla yanaşı, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi isə 1,08 milyard dollar olub. Bu da 2023-cü illə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma ilə müşahidə olunub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    XİN: Venesuela və Fransada Böyük Qələbənin xatirəsinə yeni abidələr açılacaq
    Next Article
    Azərbaycan Xorvatiyaya 238 milyon dollarlıq xam neft ixrac edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment