Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycandan Hindistana pul köçürmələri artıb

    1 week ago

    3

    0

    2024-cü ildə Azərbaycandan Hindistana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 2,46 milyon ABŞ dolları təşkil edib. Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 55 min dollar və ya 2,3% artım deməkdir. Müvafiq olaraq, 2023-cü ildə Hindistana göndərilən vəsaitin həcmi 2,4 milyon dollar olub. Ötən il Hindistan Azərbaycanın ümumi pul köçürmələri içərisində 0,5%-lik paya sahib olub. Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən ümumi pul köçürmələri 526,8 milyon ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azalma deməkdir. Bununla yanaşı, eyni dövrdə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ilin analoji dövrü ilə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalma deməkdir. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycandan Yunanıstana pul köçürmələri 2 dəfə artıb
    Next Article
    İİTKM-in yaradılmasının 9 illiyi qeyd olunub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment