Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycandan Çinə pul köçürmələri artıb

    1 week ago

    4

    0

    2024-cü ildə Azərbaycandan Çinə fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 11,8 milyon ABŞ dolları təşkil edib. Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb. Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,6 milyon ABŞ dolları və ya 44,3% artım deməkdir. Çin bu göstərici ilə ümumi pul köçürmələrində 2,2% paya sahib olub. Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Çinə köçürmələrin həcmi 8,2 milyon ABŞ dolları olub. Bununla yanaşı, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən ümumilikdə 526,8 milyon ABŞ dolları məbləğində pul köçürməsi həyata keçirilib. Bu isə ötən illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir. Əks istiqamətdə isə, xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma ilə müşayiət olunub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Vatikan Roma Papasının açıq tabutdakı fotolarını yayımlayıb – FOTO
    Next Article
    Niderlanddan Azərbaycana investisiya axını azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment