Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda yeni məhkəmələr yaradılacaq

    3 days ago

    3

    0

    Azərbaycan hökuməti sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir.  Bunu Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Bakıda "Sahibkarlar Günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda bildirib. "Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdindəki Arbitraj Mərkəzinin mübahisələri həll etməsi ilə bağlı sənədlər hazırdır və Ədliyyə Nazirliyinə təqdim ediləcək. Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr artıb. Prezidentin 2019-cu ildə imzaladığı fərmanla yaradılmış inzibati məhkəmələrin iş yükü də artıb", - deyə o qeyd edib.  PA rəsmisinin sözlərinə görə, iş yükü keyfiyyətə də təsir edir: "Bununla bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 %-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Bu yükün azaldılması üçün ola bilər ki, yeni, ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Bununla bağlı sahibkarların fikri çox vacibdir". ©Modern.az
    Click here to Read more
    Prev Article
    Chrome'u Satın Almak İsteyen Yeni Bir İnternet Devi Var
    Next Article
    Prezident İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment