Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda sahibkarlıqla bağlı yeni məhkəmələr yaradıla bilər - Gözləntilər nədir?

    1 day ago

    3

    0

    Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov konfrasda çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti sahibkarlığa dair yeni ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdən keçirir.  Bu gün sahibkarları narahat edən digər məsələ isə dövlət qurumları ilə olan çəkişmələr, fikir ayrılığı və bunun nəticəsində hansısa icraatın baş verməsidir. Xüsusilə koronavirus (COVID-19) pandemiyasından sonra inzibati orqanlarla sahibkarlar arasında mübahisələr artıb. Prezidentin 2019-cu ildə imzaladığı fərmanla yaradılmış inzibati məhkəmələrin iş yükü də artıb", - deyə o qeyd edib.  PA rəsmisinin sözlərinə görə, hazırda inzibati məhkəmələr artıb, bu da keyfiyyətə də təsir edir: "Bununla bağlı ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdən keçirilir. Bizdə olan məlumata görə, inzibati məhkəmələrdə olan işlərin təxminən 40 %-ni vergi, sosial ödənişlər, gömrük mübahisələri təşkil edir. Bu yükün azaldılması üçün ola bilər ki, yeni ixtisaslaşmış vergi, sosial ödənişlər, gömrük mübahisələri ilə bağlı məhkəmələr yaradılsın. Sahibkarların fikri çox vacibdir”. Yeni məhkəmələrin yaradılması sahibkarlara hüquqi müstəvidə hansı əlavə imtiyazlar və rahatlıqlar verə bilər? Valyuta.az-ın sualını cavablandıram vəkil Əkrəm Həsənovun sözlərinə görə, burda söhbət kommersiya yox, məhz inzibati məhkəmələrdən gedir:  “Hazırda Azərbaycanda kommersiya məhkəmələri var və 5 ilə yaxındır fəaliyyət göstərir.  Bu gün Azərbaycanda ixtisaslaşmış hərbi, inzibati və kommersiya məhkəmələri var. Kommersiya məhkəmələri iki sahibkar arasındakı mübahisəli məsələlərə baxır. Mənə elə gəlir ki, bu sahədə heç bir dəyişiklik olmayacaq. İnzibati məhkəmələr isə dövlət orqanlarına qarşı olan məhkəmələrdi. Pensiya, vergi, əmlak, gömrüklə bağlı problemlər daxil olmaqla, istənilən dövlət orqanına qarşı iddia qaldırmaq olar”. Hüquqşünas vurğulayıb ki, hazırda inzibati məhkəmələrdə dövlətə qarşı həm vətəndaşların, həm də sahibkarların şikayətlərinə baxırlar: “Yaxşı olardı ki, sahibkarları ayırsınlar, onlar üçün ayrıca inzibati məhkəmələr olsun. Çünki vətəndaşlarla sahibkarlar arasında fərq böyükdür. Sahibkarların dövlət orqanları ilə mübahisələri vətəndaşların inzibati mübahisələrindən fərqlidir. Bakı şəhərində bir dənə inzibati məhkəmə var. Orda isə həm vətəndaşın, həm də sahibkarın istənilən şikayətinə baxılır. Sahibkarlıq isə spesifik sahə olduğu üçün onu ayırmaq yaxşı olardı. Onların probleminə daha tez baxılmalıdır”.  Əkrəm Həsənovun sözlərinə görə, bu gün sahibkarlar üçün ən böyük əngəl elə dövlət orqanlarıdır: “Ona görə də imkan verilməlidir ki, sahibkarlar dövlət orqanlarına qarşı iddialarını ixtisaslaşmış məhkəmələrdə qaldırsın”.  Günay
    Click here to Read more
    Prev Article
    Arkeologlar gladyatörlerin aslanla savaştığını kanıtladı
    Next Article
    Trabzonspor ile Galatasaray’dan TFF’ye kupa finalinin yeri için öneri!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment