Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda qeyri-həyat sığortası 5,5% artıb

    6 hours ago

    1

    0

    2025-ci ilin birinci rübü ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətləri 129,8 milyon manat yığım həyata keçirib. Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 milyon manat və ya 5,5% artım təşkil edir. 2025-ci ilin yanvar-mart aylarında qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 25,6 milyon manat olub. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,1 milyon manat və ya 7,6% azalma deməkdir. 2024-cü ilin birinci rübündə qeyri-həyat sığortası üzrə sığorta şirkətləri tərəfindən yığılan məbləğ 123 milyon manat, ödənişlər isə 27,7 milyon manat olub. Ümumilikdə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat artıb. Eyni dövrdə, sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 7% artım deməkdir. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycan-İran münasibətləri: keçmişdən gələcəyə doğru
    Next Article
    EMTA istehlakçıların hüquqlarının qorunması sahəsində işlər görür

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment