Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azərbaycanda psixoloqlara maraq azdır" - Psixoloq

    1 day ago

    3

    0

    "Azərbaycanda digər ölkələrə nisbətən psixoloqlara maraq azdır".  Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.  O bildirib ki, hər ölkənin cəmiyyətin özünəməxsus düşüncə tərzi var: "Azərbaycanda psixoloqa maraq çox inkişaf etməyib. Düzdür, son illərdə bu sahə inkişafa doğru gedir, artıq insanlarda maraq nisbətən yaranmağa başlayır. Yəni psixoloqlara yaxşı mənada ehtiyacın olduğunu görünür. Ancaq bütün bunlara baxmayaraq, cəmiyyətin əksəriyyətinin psixologiyaya marağı yoxdur". Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti psixoloqa ehtiyaclarının olmadığını düşünürlər: "Hətta bəziləri özlərinin daha yaxşı psixoloqluq edəcəyinə belə inanırlar. Bu tip insanlar psixoloqların sadəcə pasiyentləri dinlədiyini və məsləhət verdiyini fikirləşirlər. Əslində isə belə deyil.  Ümumiyyətlə, bizim cəmiyyət tərəfindən psixologiya çox yanlış anlaşılır. Psixoloqlar əsasən insanın həyata baxış bucağını genişləndirir, onun fərqindəliyini və mənəvi dünyasını anlamağın yollarını göstərən ixtisaslı mütəxəssisdir.  Həmçinin, pasiyentlər qarşı tərəfin iradəsilə kim olduqlarını dərindən anlamağın və hansı yolu seçmələrinin daha yaxşı olacağını üzə çıxarmağa kömək edirlər".  Nabat Mirzəyeva vurğulayıb ki, psixoloq sadəcə pasiyenti dinləyib bir neçə məsləhət verən şəxs deyil: "Düşünürəm ki, psixoloqun məsləhət verməsi də düzgün deyil. Psixoloq qarşısındakı insana uyğun bir neçə terapiyadan və metoddan istifadə edərək pasiyentin özünün seçim etməsinə yardım etməlidir. Bu isə məsləhət yox, seçim göstərməkdir.  Bir çox şəxs özünün və ya yaxın dostunun psixoloqdan çox bildiyini düşünür. Çünki psixoloqluğu səhv şəkildə başa düşdükləri üçün bunu istənilən insanın edə biləcəyini zənn edirlər. Halbuki, psixoloq dost deyil, ruh yoldaşıdır və ixtisaslı mütəxəssisdir". Pərviz
    Click here to Read more
    Prev Article
    Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sələfi Jozep Borrelin səhvlərini təkrarlamaq istəmir
    Next Article
    Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment