Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda mehmanxanalardakı yerlərin 81%-i boş qalıb

    7 hours ago

    1

    0

    2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 868,3 min olub. Valyuta.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Gecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10,0 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1,0 faizi Ağdamda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi Şuşada, və 7,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə  müqayisədə 11,9 faiz artaraq 484,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 55,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1 faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin, 2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faizi Özbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran, 0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 10,8 faiz artaraq 383,4 min olmuşdur ki, bu da ümumi gecələmələrin 44,2 faizini təşkil edir. 2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olmuşdur ki, onun da 58,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,0 faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. 2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olmuşdur (2024-cü ilin yanvar-mart aylarında 17,8 faiz). Bu göstərici Şabranda 68,2 faiz, Qusarda 43,5 faiz, Naftalanda 31,2 faiz, Bakıda 28,0 faiz, Sabirabadda 27,2 faiz, Qəbələdə 24,5 faiz, Bərdədə 19,7 faiz, Ağdamda 19,2 faiz, Şamaxıda 16,4 faiz, Ağstafada 16,3 faiz, Beyləqanda 15,7 faiz, Lənkəranda 15,6 faiz, Qubada 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olmuşdur.
    Click here to Read more
    Prev Article
    Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi®
    Next Article
    1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment