Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda işləməyə icazə verilən plastik cərrahlar - SİYAHI

    1 week ago

    5

    0

    Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Valyuta.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən bildirilib ki, sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılmış və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib. Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq aşağıdakı linkdə yerləşdirilib: Plastik cərrahların Siyahısı Qeyd olunan linkdə göstərilən Siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib. Sözügedən siyahı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz: İcazə verilən əməliyyatların Siyahısı
    Click here to Read more
    Prev Article
    Organik çilek üreticisi zirai don mağduru
    Next Article
    İbrahim İbrahimov sədr seçildi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment