Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda enerji və su sektorlarında istehsal artıb

    1 week ago

    2

    0

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ümumilikdə 1 018,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artım deməkdir. Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 141,5 milyon manatlıq məhsul və xidmət göstərilib ki, bu da 3% artımla müşayiət olunub. Qeyd edək ki, 2024-cü ildə illik əsasda elektrik enerjisi, qaz və buxar sektorunda 3 137,3 milyon manatlıq məhsul istehsal olunmuşdu ki, bu da 1,7% azalma ilə xarakterizə olunurdu. Buna qarşılıq, eyni ildə su təchizatı və tullantıların emalı sektorunda 628,4 milyon manatlıq məhsul istehsal olunmuş və 2,7% artım qeydə alınıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    AMB manatlaşmanı təşviq etmək üçün yeni əmsal tətbiq edir - Şahin Mahmudzadə
    Next Article
    IEA qlobal neft təklifi üzrə proqnozu aşağı salıb – Təchizat artımı gözləntilərin altındadır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment