Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda ən çox şikayət olunan internet provayderlər açıqlandı - SİYAHI

    5 days ago

    3

    0

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib. Valyuta.az bu barədə agentliyə istinadən xəbər verir. Hesabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub. Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə I rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir və bazar payının 90%-dək hissəsini təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb. 16 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər "Uplink" MMC (8.56), "GSP" MMC ( 6.10), "Selnet" MMC (5.31), "Eurosel" MMC (2.89), "Fibernet" MMC (2.69) olub. Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Uplink" MMC (30 gün), "Konnekt" QSC (13 gün), "Aztelekom" MMC (12 gün), "Uninet" MMC (11), "Fibernet" (11 gün) qərarlaşıb. Qeyd edək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 6000-ə yaxın müraciət daxil olub.
    Click here to Read more
    Prev Article
    Aliyev'den Trump'ı kızdıracak Çin hamlesi
    Next Article
    Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment