Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda əmlak sığortası üzrə yığımlar və ödənişlər artıb

    3 hours ago

    1

    0

    2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətləri 52,7 milyon manat sığorta haqqı toplayıb. Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 307 min manat və ya 0,6% artıb. Eyni dövrdə əmlak sığortası üzrə ödənişlərin həcmi 8,5 milyon manat olub, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 1,2 milyon manat və ya 16,4% çoxdur. 2024-cü ilin birinci rübündə əmlak sığortası üzrə yığımlar 52,4 milyon manat, ödənişlər isə 7,3 milyon manat olmuşdu. Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat çoxdur. Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 7% artım deməkdir. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Yellow Cake uranın qiymətindəki dəyişkənliyin yaxın müddətdə davam edəcəyini gözləyir
    Next Article
    Azərbaycanda həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment