Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda dərman istehsalı ilə bağlı tələblər dəyişdi

    1 week ago

    3

    0

    Steril dərman vasitələrinin istehsalına dair tələblər dəyişib. Valyuta.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Qərara əsasən, steril dərman vasitələrinin istehsalı prosesi steril dərman vasitəsinin növlərini (aktiv maddə, köməkçi maddə, ilkin qablaşdırma materialı və hazır dərman forması), qablaşdırmanın ölçülərini (bir vahiddən bir neçə vahidə qədər), prosesləri (yüksək avtomatlaşdırılmış sistemlərdən əl ilə həyata keçirilən proseslərə qədər) və texnologiyaları (məsələn, biotexnologiya, klassik kiçik molekul istehsalı sistemləri və qapalı sistemlər) əhatə edir. Hazır dərman vasitəsinin mikroorqanizmlərlə, mexaniki hissəciklər ilə və endotoksinlərlə/pirogenlərlə çirklənməsinin qarşısının alınmasını təmin etmək üçün bütün steril dərman vasitəsinin istehsalında, Keyfiyyət risklərinin idarə olunması (KRİ) prinsipləri tətbiq edilməklə, istifadə olunan sahələrin, avadanlıqların, sistemlərin və prosedurların layihələndirilməsi və nəzarəti zamanı istifadə edilməli olan ümumi təlimat bu Əlavə ilə müəyyən olunur. Bu Əlavədə qeyd edilənlər steril dərman vasitələrinin istehsalı üçün minimal tələblərdir. Bu tələblərin qeyri-steril dərman vasitələrinə münasibətdə tətbiq etmək qərarı verildiyi halda, istehsalçı hansı prinsiplərin tətbiq ediləcəyini aydın şəkildə sənədləşdirməklə həmin prinsiplərə riayət edilməsini nümayiş etdirməlidir.
    Click here to Read more
    Prev Article
    “Gloria Jean's Coffees Azerbaijan” cərimələndi - Hava təmizləyiciləri işləmirmiş...
    Next Article
    İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”dəki layihələrlə tanış olublar

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment