Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda çay istehsalı azalıb, amma ixrac və idxal artıb

    1 day ago

    3

    0

    Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1,54 min ton çay istehsal olunub. Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ildə çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% və ya 427 ton azalıb. Müqayisə üçün qeyd olunub ki, 2023-cü ilin ilk iki ayında ölkədə 1,96 min ton çay istehsal edilmişdi. Hesabat dövründə Azərbaycandan 123 ton miqdarında, 1,1 milyon ABŞ dolları dəyərində çay ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar baxımından 24 ton və ya 24,2%, dəyər baxımından isə 190 min dollar və ya 20,8% artım deməkdir. Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarında 99 ton, 915 min ABŞ dolları dəyərində çay ixrac olunmuşdu. Bununla yanaşı, 2024-cü ilin ilk iki ayında Azərbaycana 3,05 min ton miqdarında, 18,6 milyon ABŞ dolları dəyərində çay idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə miqdar baxımından 1,28 min ton və ya 72,9%, dəyər baxımından isə 9,7 milyon dollar və ya 2,1 dəfə artım deməkdir. 2023-cü ilin yanvar-fevral aylarında ölkəyə 1,76 min ton, 8,9 milyon ABŞ dolları dəyərində çay idxal olunmuşdu. Məlumatda həmçinin qeyd edilib ki, cari ilin hesabat dövründə Azərbaycana idxal olunan çay ümumi idxalın 0,45%-ni, ölkədən ixrac olunan çay isə ümumi ixracın 0,02%-ni təşkil edib. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    KOB-ların ticarət şəbəkələrinə çıxış imkanları müzakirə olunub
    Next Article
    THOMSON GO Koleksiyonu’nu Viyana Devlet Operası’nda Tanıttı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment