Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda bu şəxslərə işə gəlməsələr də 6 ay maaş veriləcək

    5 hours ago

    1

    0

    “Sertifikasiya imtahanından keçə bilməyən tibb işçilərinə 6 ay ərzində maaş veriləcək”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliyi şərh edərkən deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyin tələblərinə əsasən sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər: “Bu zaman iş yeri saxlanılsa da, tibb işçisinə işə gəlməyə icazə verilmir. Lakin bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olurdu. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulmuş və sözügedən 6 aylıq periodda işçilərin aylıq vəzifə (tarif) maaşının saxlanılması məqsədi ilə Qanunun 49-1-ci maddəsinin 11-ci hissəsinin 1-ci cümləsinə müvafiq dəyişiklik təklif olunub”. Şöbə müdiri vurğulayıb ki, beləliklə də, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran, digər peşələrin fövqündə yer alan müqəddəs peşə sahiblərinin – həkimlərimizin və tibb işçilərimizin inzibati amirlik resursları ilə deyil, yalnız davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
    Click here to Read more
    Prev Article
    İran Prezidentininrəsmi qarşılanma mərasimi oldu - YENİLƏNİB
    Next Article
    Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment