Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda BOKT sektoru 31,6 milyon manat zərər açıqlayıb

    35 minutes from now

    2

    0

    2025-ci ilin ilk rübündə Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ümumilikdə 31,6 milyon manat xalis zərər açıqlayıb. Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründə qeydə alınan 32,9 milyon manat xalis mənfəətlə müqayisədə kəskin geriləmə deməkdir. Baxmayaraq ki, əməliyyat mənfəətində 51% artım müşahidə olunaraq 63,4 milyon manata yüksəlib, bu göstərici xalis maliyyə nəticəsini müsbətə çevirmək üçün kifayət etməyib. Xalis faiz gəliri isə əhəmiyyətli şəkildə – 25,9% azalaraq 39,8 milyon manata enib. Bu, əsas gəlir mənbəyindəki zəifliyin sektorda rentabelliyə birbaşa təsir etdiyini göstərir. Bununla belə, struktur baxımından sektorda genişlənmə müşahidə olunub. Belə ki: Aktivlər illik müqayisədə 14% artaraq 938,9 milyon manat, Öhdəliklər isə 12% artaraq 517,1 milyon manat təşkil edib. Eyni zamanda, cəmi kapital da 16,7% artaraq 421,8 milyon manat olub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Hər yerdə insan üzü "görmək" psixoloji xəstəlikdir?
    Next Article
    İspaniyada elektrik kəsilməsi: İqtisadi zərər 1,6 mld. avroya yaxınlaşır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment