Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycanda 74 nəfər “Rols-Roys” sürür

    2 weeks ago

    5

    0

    2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox avtomobil "Mersedes" markasındandır - 220 242 ədəd. Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, "Moskviç" və s.) isə 296261 ədəddir: "2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb - "Çangan" 1 ilə 4086 ədəd (84%), BYD isə 3072 ədəd (303%) artıb. 2023-cü ildə ölkədə 66 "Rolls-Roys" qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, yəni 8 yeni "Rolls-Roys" satılıb, satılan avtomobillər arasında bir neçə "Rolls-Roys Ghost" da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır. "Rolls-Roys"dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb - 35 ədəd "Yaquar", 15 ədəd "Bentli" və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq "Rolls-Roys Ghost" avtomobilini və ya 500 minə qədər qiyməti olan "Bentli"ni kim alır?!" ©axar.az
    Click here to Read more
    Prev Article
    Naxçıvanda yeni qurum yaradıldı
    Next Article
    "VTB Bank" 3 ayda nə qədər qazanıb? - Rəqəmlər

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment