Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycana qızıl satan ölkələr - Siyahı

    1 week ago

    5

    0

    2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422,1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib. Valyuta.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 89 min 614.7 ABŞ dolları təşkil edib. Qeyd edək ki, bu ilin iki ayında Azərbaycanda qızıl istehsalı 478.3 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 40 milyon 170.4 min ABŞ dolları dəyərində 748.3 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 53 682.9 ABŞ dolları təşkil edib. Xatırladaq ki, ötən il Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal edilib. Aşağıdakı cədvəldə bu ilin iki ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib: Ölkələr Qızıl idxalı İdxal dəyəri. Min ABŞ dolları Rusiya 3474,95 kq 315469,47 Avstraliya 2828,87 kq 241331,88 Meksika 2007,11 kq 174711,79 Çin 1173,72 kq 108207,58 Böyük Britaniya 1200,38 kq 106210,47 Kanada 966,58 kq 91674,07 Almaniya 1012,1 kq 90445,28 Türkiyə 959,78 kq 88713,07 Braziliya 896,79 kq 81970,85 Özbəkistan 397 kq 37239,16 İsveçrə 344,21 kq 32070,02 Amerika Birləşmiş Ştatları 261,14 kq 22747,1 Çinin xüsusi inzibati rayonu Honkonq 159,25 kq 14217,44 Cənubi Afrika Respublikası 100,48 kq 9233,64 İspaniya 48,16 kq 4252,43 Yaponiya 37,88 kq 3552,22 Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur. © APA
    Click here to Read more
    Prev Article
    20 manat borc verə bilərsən? - Yox da demək olmur, geri istəmək də
    Next Article
    Cinayet şüphesi nedeniyle soruşturma açılmıştı: Çin polisi, Boupendza'nın ölümüyle ilgili kararı açıkladı!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment