Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycana neft satan ölkələrin sayı artıb

    2 weeks ago

    6

    0

    2025-ci ilin fevral ayında Azərbaycana Qazaxıstandan 13 mln. 448.32 min dollar dəyərində 26 min 793.52 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal olunub.  Valyuta.Az xəbər verir ki, cari ilin ilk ayında Azərbaycana neft nəqli sadəcə Rusiyadan həyata keçirilib. Belə ki, cari ilin ilk ayında Rusiyadan 113 min 957.11 ton neft nəqli həyata keçirilib. Fevral ayında isə Rusiyadan 115 min 505.12 ton neft idxalı olub. Bununla da cari ilin ilk 2 ayında Rusiyadan idxal olunan neftin ümumi həcmi 229 462.23 tona yüksəlib.  Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 12 ölkəyə toplamda 4 mln. 778 min 403.96 ton neft nəql olunub ki, bundan əladə olunan gəlir isə 2 mlrd. 672 mln. 800.77 min dollar olub. Sözügedən dövrdə ən çox neft ixracı həyata keçirilən ölkələr İtaliya, Almaniya və Çexiya olub.  Məlumata əsasən, İtaliyaya 1 mlrd. 366 mln. 256.16 min dollar dəyərində 2 mln. 415 min 530.26 ton, Almaniyaya 276 mln. 544.77 min dollar dəyərində  500 min 1.1 ton, Çexiyaya isə 224 mln. 31.58 min dollar dəyərində 410 min 211.72 ton neft nəql olunub.  Həmçinin ferval ayında Azərbaycandan daha 2 ölkəyə - İsveçrə və Bolqarıstana neft nəqlinə başlanılıb.  İsveçrəyə fevral ayında 89 min 696.92 ton, Bolqarıstana isə 79 min 260.85 ton neft nəql olunub. Bu ixracdan əldə olunan gəlir isə müvafiq olaraq 53 mln. 857.85 min dollar və 48 mln. 231.11 min dollar olub.  Rəhim
    Click here to Read more
    Prev Article
    Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı
    Next Article
    Özəl klinikalarda həkim qəbulunun qiymətləri

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment