Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan Xorvatiyaya 238 milyon dollarlıq xam neft ixrac edib

    1 day ago

    2

    0

    Finss.az - Bu ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 238,6 milyon ABŞ dolları dəyərində 428,4 min tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq göstəricilərini dəyər ifadəsində 4,7 dəfə və ya 188,2 milyon dollar, həcm baxımından isə 5,4 dəfə və ya 349,1 min ton üstələyir. Cari ilin ilk rübü ərzində ölkədən ümumilikdə 3,33 milyard dollar dəyərində 6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 7,1 faizi bu ölkənin payına düşüb. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Azərbaycandan İspaniyaya pul köçürmələrində kəskin artım qeydə alınıb
    Next Article
    Birbank Private xidmət şəbəkəsini genişləndirir

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment