Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan xaricə 150 milyonluq meyvə və tərəvəz ixrac edib - STATİSTİKA

    16 hours ago

    1

    0

    2025-ci ilin yanvar-mart aylarında Azərbaycan 131 min 947,70 ton qeyri-neft sektoruna aid tərəvəz və meyvə məhsulu ixrac edib. Valyuta.az xəbər verir ki, bu ixracdan ölkəyə 152 milyon 981 min 500 dollar gəlir daxil olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixrac olunan tərəvəz və meyvələrin miqdarı 111 min 441,37 ton təşkil edib və həmin dövrdə 132 milyon 571 min 650 dollar gəlir əldə olunub. Beləliklə, illik müqayisədə ixrac həcmi 20 min 506,33 ton və ya 18,4% artıb. İxracdan əldə olunan gəlir isə 20 milyon 409,85 min dollar və ya 15,3% artıb. Cari ilin ilk üç ayında tərəvəz və meyvə ixracı Azərbaycanın ümumi ixracının 22,14%-ni təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 21,77% idi. Nəticədə tərəvəz və meyvə ixracının ümumi ixracdakı payında 0,37 faiz bəndi artım qeydə alınıb. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Türkiyənin nəhəng logistika şirkəti fransızlara satılıb
    Next Article
    Halil Umut Meler yönetti: Olympiakos deplasmanda AEK'yi devirdi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment