Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan və region ölkələri iqtisadi təzyiqlərə daha hazırlıqlıdır – "Moody’s"

    1 week ago

    3

    0

    Qazaxıstan, Azərbaycan və Özbəkistan son illərdə iqtisadiyyatlarını şaxələndirmək və dayanıqlığını artırmaq istiqamətində əhəmiyyətli nailiyyətlər əldə ediblər. Finss.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda bildirilir. Agentlik vurğulayıb ki, region ölkələrinin bank sistemləri orta səviyyəli iqtisadi şoklara qarşı daha dayanıqlı hala gəlib. Belə ki, 2014–2015-ci illərdəki valyuta böhranı və COVID-19 pandemiyasından sonra tətbiq edilən sərtləşdirilmiş tənzimləmə tədbirləri nəticəsində bank sektorunda dollarlaşma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu isə bankların xarici iqtisadi təsirlərə qarşı həssaslığını aşağı salıb. “Moody’s” həmçinin qeyd edib ki, regionun korporativ sektoru da iqtisadi qeyri-müəyyənliklərə qarşı daha hazırlıqlı vəziyyətdədir. Xüsusilə iri və dövlətə məxsus reytinqli şirkətlərin yüksək likvidlik səviyyəsi, sağlam maliyyə göstəriciləri və dövlət dəstəyinə çıxış imkanları onların bu qeyri-müəyyən şəraiti idarə etməsinə şərait yaradır. Agentlik hesab edir ki, iqtisadi şaxələndirmə və ehtiyat fondlarının gücləndirilməsi region ölkələrinin gələcəkdə potensial iqtisadi təzyiqlərə qarşı daha dayanıqlı olmasını təmin edə bilər. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    ABŞ-ın yeni tarif siyasəti neft bazarına təzyiq yaradır -"Moody’s"
    Next Article
    ChatGPT’de Bir Teşekkür Etmek Milyon Dolarlara Patlıyor

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment