Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq: strateji tərəfdaşlığa doğru addım

    3 days ago

    3

    0

    Visiontv.az xəbər verir ki, məsələ ilə bağlı AZƏRTAC-a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, sənədin praktik nəticələrindən biri “Azərkosmos”un peyk imkanlarının genişləndirilməsi və daha dəqiq müşahidə-kommunikasiya texnologiyalarına çıxış ola bilər. Çinlə birgə peyklərin orbitə buraxılması, məlumatların emalı və istifadəsi üzrə birgə laboratoriyaların qurulması da gündəmdədir. Bu əməkdaşlıq iqtisadiyyatla yanaşı, fövqəladə hallar, ətraf mühitin monitorinqi və milli təhlükəsizlik sahəsində də ciddi üstünlüklər yarada bilər. Ekspertin fikrincə, uzunmüddətli perspektivdə bu tərəfdaşlıq Azərbaycanın regional kosmik texnologiyalar mərkəzinə çevrilməsinə və beynəlxalq arenada tanınmasına təkan verə bilər. Eyni zamanda, Azərbaycanın COPUOS və digər beynəlxalq qurumlarda daha fəal iştirakı üçün zəmin yaradacaq. Əməkdaşlıq süni peyk texnologiyaları üzrə milli kadr potensialının formalaşmasına, gənc alimlərin bu sahəyə cəlb olunmasına da xidmət edəcək. “Nəticə etibarilə, bu razılaşma Azərbaycanın kosmos sahəsində yalnız istifadəçi deyil, həm də tədqiqatçı və texnologiya istehsalçısı ölkəyə çevrilməsi yolunda ciddi mərhələdir”, – deyə Elvin Abbasov qeyd edib.  
    Click here to Read more
    Prev Article
    “STAR.VISION”: Lazer rabitəsi peyklərarası əlaqəni 100 dəfə sürətləndirəcək
    Next Article
    Roma Papasının dəfn mərasimində Azərbaycanı kim təmsil edəcək?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment