Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks!

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb

    6 days ago

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin sədri Sonq Hailianq ilə görüşüb. Qeyd olunub ki, görüşdə “China Energy Engineering Corporation Limited” şirkətinin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulandı. Qeyd edildi ki, şirkət Xəzər dənizində 1 gigavat külək enerjisi mega layihəsinin podratçısıdır. Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə “China Energy Engineering Corporation Limited” investisiya yatırıb. Sonq Hailianq rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıqla bağlı təkliflərlə çıxış etdi. Dövlətimizim başçısı “China Energy Engineering Corporation Limited” şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxundu. Söhbət zamanı birgə uzunmüddətli enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb. Görüşdə Azərbaycanda gələcəkdə Enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Şirkətin suyun idarəedilməsində böyük təcrübəsi nəzərə alınaraq bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı, hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan şirkətin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpaolunan enerji bazarının 50%-nə nəzarət edir.
    Click here to Read more
    Prev Article
    Trampın betonla savaşı, İsanın anası və yəhudilər - Ömər Xəyyam
    Next Article
    Gündəlik gəlir gətirən 5 vərdiş - SƏHƏR OXUSU

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment