Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan PATA sammitində dayanıqlı turizm təşəbbüslərini təqdim edib

    1 week ago

    3

    0

    Finss.az - Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub. 21-23 aprel tarixlərində keçirilən sammitdə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu təmsil edib. "Dayanıqlı gələcək üçün əbədi müdriklik" mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub. Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid hökumətlərarası sessiya çərçivəsində turizmdə idarəetmə və siyasət mexanizmlərinin transformasiyası, innovativ tənzimləyici yanaşmalar və davamlı inkişaf prinsipləri mövzularında çıxış edib. Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    İlon Mask dövlət işindən çəkilir: Tesla-nın gəliri 71% azalıb
    Next Article
    iPhone 17e, Mayıs 2026’da Piyasaya Sürülecek

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment