Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan nümayəndə heyəti İƏT-in Ərzurumda keçirilmiş Turizm nazirlərinin 6-cı iclasında iştirak edib

    18 hours ago

    1

    0

    Finss.az - 25-26 aprel tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.  Turizm nazirlərinin 6-cı iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib. Həmçinin Fuad Nağıyev Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib.  İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib. Səfər çərçivəsində Fuad Nağıyev və Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub.  Görüşdə Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub.  Fuad Nağıyev öz növbəsində Mehmet Nuri Ersoyu cari ilin 4-6 iyun tarixlərində Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası”nda iştirak etməyə dəvət edib.  Həmçinin iclas çərçivəsində nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hər bir İƏT üzv dövləti üçün nəzərdə tutulmuş stendlər qarşısında ağacəkmə aksiyası keçirilib. Bununla yanaşı, İƏT-in üzv dövlətlərinin nümayəndə heyətləri aprelin 26-da “Ağıllı Dünyada Ədalətli Gələcək: Ağıllı İqtisadiyyatlar və Qlobal Bərabərsizlik” mövzusunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və bir çox nazirin iştirakı ilə keçirilən Palandökən İqtisadi Forumunun açılış mərasimində və panel sessiyalarda iştirak edib. Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    "Bank Melli İran Bakı filialı"nın kredit portfeli azalaraq ciddi maliyyə geriləməsi yaşayıb
    Next Article
    "Bank Avrasiya"nın biznes və istehlak kreditləri azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment