Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur - FOTO

    1 week ago

    2

    0

    Azərbaycan nümayəndə heyəti Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qlobal çağırışlar dövründə Mərkəzi Asiya: Media strateji inkişaf aləti kimi” mövzusunda II Mərkəzi Asiya Media Forumunda iştirak edir. Bu barədə HİT.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib. “Mərkəzi Asiya mediası: Yeni inkişaf nöqtələri və əməkdaşlıq” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, müasir dövrdə geosiyasi dinamikanın təsiri nəticəsində media mühiti sürətlə dəyişir və inkişaf edir, informasiya ictimai rəyə əhəmiyyətli dərəcədə təsir göstərir, siyasi diskursu yönəldir və ictimai-siyasi proseslərin idarəolunmasında müstəsna rol oynayır. İcraçı direktor media savadlılığının artırılması, etik jurnalistikanın təşviqi və media sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərin sürətlə dəyişən informasiya mühitində qlobal çağırışlara cavab vermək və cəmiyyətin dezinformasiyaya qarşı daha dayanıqlı olmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edək ki, 16-17 aprel tarixlərini əhatə edən II Mərkəzi Asiya Media Forumu çərçivəsində Mərkəzi Asiya dövlətlərinin media sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu kimi məsələlər müzakirə olunacaq.
    Click here to Read more
    Prev Article
    Ayasofya Məscidinin günbəzində əhatəli bərpa işləri başlanılıb - FOTO
    Next Article
    DSMF-yə yeni sədr təyin olundu

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment