Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir

    6 hours ago

    1

    0

    Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına görə, Azərbaycan əhalisinin 25 %-i minimal rəqəmsal biliklərə malikdir. Valyuta.az “Report”a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, qalan əhali arasında beş modul üzrə müəyyən çatışmazlıqlar mövcuddur: “Ən böyük problem təhlükəsizlik komponenti ilə bağlıdır. Rəqəmsallaşma bir çox imkanlar yaratmaqla yanaşı, yeni təhlükələr də doğurur. Bunlardan biri də informasiya və kibertəhlükəsizlik məsələsidir. Hazırda ölkə əhalisinin 25 %-i təhlükəsizlik sahəsində minimal tələblərə cavab vermir. Xüsusi qeyd etmək lazımdır ki, bu 25 % insan internetdən aktiv istifadə edir, lakin təhlükəsizlik qaydalarına əməl etmir. Bu isə onları potensial hədəfə çevirir”. R. Xalıqov əlavə edib ki, bu problemlərin həlli üçün Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində əhalinin rəqəmsal savadlılığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir: “Hazırda "myGov" platformasında 1 milyondan çox insan rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edir. Eyni zamanda, ölkədə 3 milyondan çox insan biometrik əsaslı elektron imzaya malikdir”.
    Click here to Read more
    Prev Article
    Dələduzlardan yeni üsul: Saxta "Google" e-poçtları necə işləyir?
    Next Article
    Victor Osimhen Galatasaray tarihine geçmek için gün sayıyor!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment