Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan–Dünya Bankı əməkdaşlığının 30 illiyi: 4,5 milyard dollarlıq tərəfdaşlıq

    1 day ago

    2

    0

    Dünya Bankının Azərbaycana ilk kredit ayırmasından 30 il keçir. Finss.az xəbər verir ki, ilk maliyyə dəstəyi 1995-ci ildə həyata keçirilmiş “Neft Sektoruna Texniki Yardım Layihəsi” çərçivəsində ayrılıb. Layihənin məqsədi Azərbaycanın neft sektoruna xarici investisiyaların cəlb edilməsini təşviq etmək olub. 20,8 milyon ABŞ dolları həcmində vəsait bu istiqamətdə məsləhət xidmətlərinin maliyyələşdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və nəqliyyat, infrastruktur və sənaye problemlərinin həlli üçün istifadə olunub. Son 30 ildə Dünya Bankı Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkədə iqtisadi inkişafı, infrastruktur quruculuğunu, sosial rifahı və institusional islahatları dəstəkləmək üçün 50-dən çox layihəyə ümumilikdə 4,5 milyard dollardan artıq maliyyələşdirmə ayırıb. Bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının neftdənkənar sahələrinin inkişafında, regionların sosial-iqtisadi yüksəlişində və dövlət idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayıb.
    Click here to Read more
    Prev Article
    Elnur Əliyev: Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunda 26% artım göstərib
    Next Article
    Elnur Əliyev: Çinə səfər nəticəsində 335 milyon dollar dəyərində investisiya layihələri imzalanıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment