Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan Çindən müasir nəqliyyat vasitələri alır: 26 milyon dollar xərclənəcək

    6 hours ago

    1

    0

    Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin ("AZCON Holding") tərkibində fəaliyyət göstərən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çinin "CRRC Ziyang Co., Ltd" şirkətindən yeddi ədəd yeni lokomotiv və ehtiyat hissələri əldə edəcək. Valyuta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, lokomotivlərin və ehtiyat hissələrinin alınması ilə bağlı bütün texniki və kommersiya məsələləri razılaşdırılıb. Sazişin ümumi dəyəri 26 milyon ABŞ dolları təşkil edir. Qabaqcıl texnologiyalarla, innovativ dartı sistemləri ilə təchiz olunmuş və yüksək texniki göstəricilərə malik müasir AC50 tipli magistral dizel lokomotivi yüksək dartı gücü, daha böyük yanacaq tutumu və etibarlılığı ilə seçilir. AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivdən xüsusi emissiya tələbləri olan ərazilərdə istifadə etməyə imkan verir. Lokomotivlərin, xüsusən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə, eləcə də digər istiqamətlərdə artan yükdaşımalara xidmət etmək məqsədilə istifadəsi nəzərdə tutulur. Növbəti mərhələdə əlavə 14 ədəd magistral lokomotivin alınması planlaşdırılır. Qeyd edək ki, Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin davamlı artmasını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə ciddi önəm verir.
    Click here to Read more
    Prev Article
    Azərbaycanlı gizli milyonçular Maltanın "qızıl pasportu"nu ala bilməyəcək
    Next Article
    Andriy Lunin kimdir, nereli, kaç yaşında? Galatasaray'ın ilgilendiği Lunin hangi takımlarda oynadı?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment