Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan-Çin sənaye əməkdaşlığı genişlənir: Çindən investisiya axını gözlənilir

    1 week ago

    3

    0

    Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici kapital departamentinin baş direktorunun müavini Vu Honlianq ilə görüşüb. Bu barədə Finss.az-a AZPROMO-dan məlumat verilib. Tərəflər konfransın Azərbaycan-Çin investisiya tərəfdaşlığının təşviqinin təmin olunması və inkişaf etdirilməsi baxımından vacib platforma kimi yüksək qiymətləndirib, gələcəkdə sözügedən mexanizmin reallaşdırılmasının davam etdirilməsinin önəmini vurğulayıblar. Bildirilib ki, hər iki tərəfdən 200-dək şirkətin konfransa qatılması Çin və Azərbaycanın işgüzar dairələrinin birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına fəallığını və hazır olduğunu əyani şəkildə nümayiş etdirir.  Görüşdə AZPROMO və NDRC ilə konfrans çərçivəsində imzalanan Anlaşma Memorandumunun Çin şirkətlərinin ölkəmizdə investisiya fəaliyyətinə cəlb olunması prosesini asanlaşdıracağı və Çin kapitalının Azərbaycana axınının artımına müsbət təsir göstərəcəyi qeyd edilib.  Qeyd edək ki, aprel ayının 17-də AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və NDRC-nin birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib. Tədbir çərçivəsində AZPROMO və NDRC-nin Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Müflisləşmə arayışları satınalma portalına inteqrasiya olunub
    Next Article
    Azərbaycanın Sinqapura investisiyaları azalıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment