Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azərbaycan-Çin münasibətləri: Daha da inkişaf edəcək

    5 days ago

    4

    0

    "Azərbaycan-Çin münasibətlərinin təməli 33 il əvvəl qoyulub". Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. O bildirib ki, həmin dövrdən indiyə qədər hər iki dövlət əməkdaşlıq prinsiplərinə xüsusi önəm veriblər: "Əsasən də son illərdə Azərbaycanla Çin arasında əməkdaşlıq prinsipləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə həm Bakı, həm də Pekin üçün önəmli hadisədir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıyır, dəstəkləyir".   Ekspertin sözlərinə görə, Azərbaycanın zəfər qazandığı 44 günlük Vətən müharibəsində Çinin haqqın yanında olması həm də ölkəmizin ərazi bütövlüyünə qoyulan hörmət idi: "Bu da tərəflər arasındakı siyasi münasibətlərin əsas dayaqlarından biri hesab olunmalıdır. Məhz elə bu qarşılıqlı hörmətin nəticəsidir ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan "Bir kəmər, bir yol" layihəsini dəstəkləyən dövlətlərin arasında aktiv iştirakçılardandır. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çin üçün Orta dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropaya çıxış baxımından strateji əhəmiyyət daşıyır. Burada da ölkəmizin oynadığı rol əvəzedilməz və danılmazdır".  Politoloq diqqətə çatdırıb ki, Azərbaycan Çinə neft və neft məhsulları ixrac edən ölkələrdən biridir: "Eyni zamanda, Çin şirkətləri ölkəmizdə bir sıra infrastruktur layihələrində iştirak edir. Xüsusən də logistika baxımından Çin mallarının Avropaya daşınmasında Azərbaycanın  ərazisi əsas tranzit marşrutlarından biri kimi önplandadır. Ölkəmizin Çin kimi nəhəng bir dövlətlə münasibətlərinin qarşılıqlı hörmət, iqtisadi maraqlar və regional əməkdaşlıq çərçivəsində qura bilməsi Azərbaycanla yanaşı, bölgəmiz üçün də müsbət hal kimi qiymətləndirilməlidir. İki dövlət arasında siyasi, iqtisadi və enerji sahəsində baxışların üst-üstə düşməsi Bakı ilə Pekin arasındakı münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir". Pərviz
    Click here to Read more
    Prev Article
    Göründüyündən daha bahalı təsir bağışlayan 9 avtomobil - SİYAHI
    Next Article
    Nəqliyyat vasitələrinin satışında onlayn sifariş artıb

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment