Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Azər-Türk Bank”ın ümidsiz milyonları

    1 week ago

    3

    0

    2025-ci ilin I rübünün sonuna “Azər-Türk Bank”ın ümidsiz kreditləri 1.5 mln. manatdan çox artıb.  Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə bankın ümidsiz kreditləri 11 mln. 344 min manata çatıb. Keçən ilin müvafiq dövründə isə bu göstərici 9 mln. 829 min manat olub. Həmçinin bankın təhlükəli kreditləri isə təxminən 37.13% artaraq 738 min manatdan 1 mln. 12 min manata yüksəlib.  Qeyri-qənaətbəxş kreditlərdə də milyonluq artım qeydə alınıb. Belə ki, 2024-cü ilin I rübünün sonuna qeyri-qənaətbəxş hesab edilən kreditlər 4 mln. 264 min manat təşkil edirdisə, cari ilin müvafiq dövründə bu göstərici 7 mln. 258 min manata çatıb. Bu isə 1 ildə təxminən 70.23 %-lik artım deməkdir.  Ümumilikdə isə qeyri-standart kreditlərin həcmi 14 mln. 830 min manatdan 19 mln. 614 min manata yüksələrək 4.7 mln. manatlıq artım göstərib.  Bankın qeyri-qənaətbəxş kreditlərinin ümumi kredit portfelindəki xüsusi çəkisi də 2.2 %-dən 2.4 %-ə yüksəlib.  Müqayisəsi aparılan dövrdə bankın müştərilərə verilmiş  kreditlərdən əldə etdiyi faizlər 15 mln. 156 min manatdan 20 mln. 270 min manata yüksəlib. Faiz xərcləri idə 8 mln. 391 min manatdan 18 mln. 150 min manata yüksəldiyi üçün bankın xalis faiz gəliri 14 mln. 785 min manatdan 14 mln. 152 min manata enib. Qeyri-faiz xərclərində də 2 mln. manata yaxın artım baş verib.  Ümumilikdə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 7.9 mln. manatdan 3.8 mln. manata düşüb. Rəhim
    Click here to Read more
    Prev Article
    Monitörden Oyuncu Koltuğuna: Günün Fırsatları Kapsamında Alabileceğiniz İndirimli Ürünler
    Next Article
    Samandıra'da Ali Koç - Mourinho zirvesi: Gelecek sezonun kararı verildi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment