Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azər Türk Bank"ın işçisinin məsuliyyətsizliyi - Pulu yanlış hesaba köçürdü

    1 week ago

    3

    0

    Banka kredit üçün onlayn formada müraciət etdi, kredit adına rəsmiləşdirildi, lakin vəsait başqasının kart hesabına köçürüldü. Valyuta.az "Xezerxeber.az"a istinadən  xəbər verir ki, hadisə paytaxtda yaşayan Məmmədovlar ailəsinin başına gəlib. 8 aprel tarixində Nərmin Məmmədova "Azər Türk Bank" a müraciət edərək 2900 manat məbləğində krediti onlayn formada rəsmiləşdirib. Bank əməkdaşı pulu köçürmək üçün vətəndaşdan kart nömrəsi istəyib. Kredit götürən öz kart nömrəsini bank işçisinə təqdim edib. Lakin pul onun yox, tanımadığı başqa bir şəxsin hesabına köçürülüb. Bundan sonra baş verən prosesi Nərmin Məmmədovanın həyat yoldaşı belə izah edir. Vətəndaş deyir ki, bank əməkdaşları ona problemin 5 iş günü içərisində həll olunacağını bildirsələr də, məsələ uzanıb. Bank əməkdaşının məsluliyyətsizliyi səbəbindən düşdüyü duruma vətəndaş etirazını bildirir və bankdan adına rəsmiləşən kredit məbləğini tələb edir. Məsələ ilə bağlı "Azər Türk Bank"la əlaqə saxladıq. 5 saatdan sonra bankdan bildirildi ki, problem artıq həllini tapıb. Yəni məsələ "Xəzər Xəbər"in müdaxiləsindən sonra həll olunub. Məsələyə Mərkəzi Bankdan mövqe bildirilib. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
    Click here to Read more
    Prev Article
    Telefondan Hoparlöre: Günün Fırsatları Kapsamında Alabileceğiniz İndirimli Ürünler
    Next Article
    Beşiktaş'ta 4 yıldız için karar verildi!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment