Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Azər Türk Bank” mənfəətinin yarısını itirib - 4 milyon manatlıq geriləmə

    1 week ago

    5

    0

    “Azər Türk Bank” 2025-ci ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Valyuta.az xəbər verir ki, bank hesabat dövrünü 3 milyon 828 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51,58% azdır. Xatırladaq ki, 2024-cü ilin birinci rübündə bankın xalis mənfəəti 7 milyon 907 min manat təşkil etmişdi. Bu rübdə bank 800 min manat mənfəət vergisi ödəyib.  Hesabat dövründə faiz gəlirləri 9 milyon 126 min manat və ya 39,37% artaraq 32 milyon 302 min manat olub. Artım banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərində müşahidə olunub - bu gəlir 9 milyon 363 min manat təşkil edib. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri isə 5 milyon 114 min manat artaraq 20 milyon 270 min manat olub. “Azər Türk Bank”ın faiz xərcləri 9 milyon 759 min manat artaraq 18 milyon 150 min manata çatıb. Bu artım əsasən depozitlər üzrə faizlər (16 milyon 686 min manat) və qiymətli kağızlar üzrə faizlər (349 min manat) ilə bağlıdır. Bankın xalis faiz gəliri 4,10% azalaraq 14 milyon 152 min manata düşüb. Bankın qeyri-faiz gəlirləri 8 milyon 479 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,77% artım deməkdir. Artım əsasən digər xidmət növlərindən komisyon gəlirində olub. Bununla belə, qeyri-faiz xərcləri 15 milyon 960 min manata qədər artaraq 2 milyon 132 min manatlıq artım göstərib.  Nəticədə "Azər Türk Bank”ın mənfəət vergisindən əvvəlki mənfəəti 4 milyon 628 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,26% azalma deməkdir. 2024-cü ilin ilk rübündə bu rəqəm 8 milyon612 min manat təşkil edib. Son üç ayda “Azər Türk Bank”ın cəmi aktivləri 43,11% və ya 497 min 527 manat artaraq 1 milyon 956 min 59 manata, cəmi öhdəlikləri isə 35,08% artaraq 1 milyon 845 min 340 manata bərabər olub. Cəmi kapitalı isə 19,68% artaraq 110 min 719 manata bərabər olub. Qeyd edək ki, 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Müşahidə şurasının sədri Əlixanov Ruslandır.    
    Click here to Read more
    Prev Article
    Zirai donda zararın boyutları her geçen gün daha da genişliyor: ‘Üreticinin takati kalmadı’
    Next Article
    Kriptovalyuta bazarında eniş yaşanır

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment