Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    "Azər Türk Bank" kredit portfelini artırıb

    8 minutes from now

    3

    0

    Azər Türk Bank ASC 2025-ci ilin yanvar-mart aylarında kredit portfelinin ümumi həcmini artırıb. Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 0,82% artaraq 806 min 441 manata yüksəlib. 2024-cü ilin ilk rübündə bu göstərici 799 min 893 manat təşkil edib. Biznes kredit portfeli üzrə də əhəmiyyətli artım qeydə alınıb. 2025-ci ilin ilk üç ayında bu göstərici 20,53% artaraq 304 min 712 manata çatıb. 2024-cü ilin yanvar-mart dövründə isə biznes kreditləri 252 min 820 manat idi. İstehlak kredit portfelində isə 26,20% artım müşahidə olunub. 2025-ci ilin 1-ci rübündə istehlak kreditlərinin həcmi 301 min 216 manat təşkil edib, halbuki 2024-cü ilin analoji dövründə bu rəqəm 238 min 675 manat idi. İpoteka kreditləri sahəsində də 9,62% artım baş verib. 2025-ci ilin yanvar-mart dövründə ipoteka kreditlərinin həcmi 200 min 513 manata çatıb, 2024-cü ildə isə bu göstərici 182 min 914 manat olub. Fuad Mədətov Finss.az
    Click here to Read more
    Prev Article
    Türkiyə Ukrayna üçün təhlükəsizlik zəmanəti ilə bağlı heç bir qərar verməyib
    Next Article
    Ziraat Bank Azərbaycan ağacəkmə aksiyasında iştirak etdi

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment