Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Azər Türk Bank 2025-ci ilin birinci rübünü uğurla başa vurdu

    1 week ago

    5

    0

    Finss.az - Dövlət bankı Azər Türk Bankın 01 aprel 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 35%-dək artaraq, 1,95 milyard manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 806,4 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 20% çoxdur. Cəmi bank öhdəliklərinin həcmi 35% artımla 1,9 milyard manat səviyyəsindədir. Bankın depozit portfeli, 1,4 milyard  manat təşkil etmişdir. Cari ilin birinci rübü ərzində Bankın gəlirləri 41 milyon manat, xərcləri 36,9 milyon manat olmuşdur. 2025-ci ilin ilk üç ayında Azər Türk Bank 4 milyon manat həcmində xalis mənfəət əldə etmişdir. Bankın məcmu kapitalının həcmi 20% artaraq, 103,5 milyon manat olmuşdur. Əhali tərəfindən Banka 204 milyon manat məbləğində əmanət qoyulmuşdur. Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat təşkil edir. Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.   Zemfira Ms Finss.az
    Click here to Read more
    Prev Article
    Əfqanıstanda yol qəzası olub, ölənlər və yaralananlar var
    Next Article
    Will U.S. WFE be exempted from China retaliatory tariffs?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment