Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    “Ayşə məzuniyyətə getsin”

    1 week ago

    6

    0

    1953-cü ildən başlayaraq Kipr adasında vəziyyət o dərəcədə gərginləşmişdi ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyası 1964-cü il martın 4-də 186 saylı qətnamə ilə Kiprdə sülhü təmin etmək üçün BMT silahlı qüvvələrinin yaradılması və həmin qüvvələrin yunan və türk icmaları arasında yerləşdirilməsinə qərar verdi. Qeyd edim ki, Kiprdə ən qanlı hücumlar 1963-cü ilin dekabrında başlayıb. Yunanların hücumları tarixə “Qanlı Milad” kimi düşüb. 364 türk şəhid olub, 103 türk kəndi boşaldılıb Lakin Yunanıstanın gizli yollarla oraya gətirdiyi 20 min nəfərdən yuхarı hərbi qüvvə türk icmasının əvvəlcə ayrı-ayrı anklavlara, daha sonra isə adanın cəmi üç faizini təşkil edən hissəyə pənah etməyə vadar etdi. Türk diplomatlarının хristian həmrəyliyi qarşısında səsi və etirazları demək olar ki, eşidilməz olmuşdu. Türkiyə bütün dünyaya sübut etməyə çalişirdi ki, Şimali Kipr türklərə məxsus bir yerdir və orda türklərin haqqi pozulur! Lakin bu səs eşidilmirdi. Nəhayət 1974-cü il iyulun 19-da Makariosun Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına müraciətindən sonra Türkiyənin 14 vilayətində səfərbərlik elan edildi. Iyulun 20-də Bülənd Ecevit Türkiyə hərbi hava qüvvələri və donanması türk qoşun hissələrini adanın şimalına çıхartdı. Türk qoşunlarının aparldıığı uğurlu əməliyyat nəticəsində adada yunanların zorakılığına son qoyuldu, adanın 37 faizə qədəri enosisi həyata keçirməyi qarşısına məqsəd qoyan EOKA terror təşkilatının quldur dəstələrindən təmizləndi. Kipr Sülh Əməliyyatı 1974-cü il 20 iyul səhərinin ilk işığı ilə başlayıb. Hava və dəniz yolu ilə Kiprə enən türk əsgərləri Kipr türk mücahidləri ilə çiyin-çiyinə döyüşüb. Türkiyə, Təhlükəsizlik Şurasının qərarından sonra 22 iyul 1974-cü ildə əməliyyatı dayandırıb. Türkiyə, Yunanıstan və İngiltərə bir araya gələrək Kipr probleminin həlli üçün danışıqlara başlayıblar. Lakin iyulun sonunda başlayan Cenevrə danışıqları nəticəsiz qaldığından əməliyyatın ikinci hissəsinə avqustun 13-dən 14-nə keçən gecə “Ayşə məzuniyyətə getsin” şüarı ilə start verilib. Türkiyə hərbçiləri böyük uğur qazanıblar. Kipr Türk Federativ Dövləti 13 fevral 1975-ci ildə yaradılıb. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) yarandığı elan edilib Bundan sonra əvvələr Türkiyənin yalvardığı dövlətlər və qurumlar başladı Ankaraya yalvarmağa, xahiş etməyə, dostluq etməyə... Müharibədə dünya güclülərin tərəfindədir. Əsla və əsla heç bir dövlətin öz torpaqları uğrunda müharibəsində beynəlxalq güclər tərəfə olmaq istəməz. Onlar sadəcə qaliblərin yanında olarlar... Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTC-ni rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTC ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Dövlət İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir. Yeri gəlmişkən, əvvəllər Pakistan və Banqladeş ŞKTC-ni müstəqil dövlət kimi tanıyıb, amma sonradan bundan imtina ediblər. Buna baxmayaraq, hazırda ABŞ, Böyük Britaniya və sairin burada müəyyən səlahiyyətlərə malik nümayəndəlikləri mövcuddur. ŞKTC-nin əhalisi təqribən 300 min nəfərdir. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də var. Və yəhudi əsilli amerikalı diplomat, siyasətçi və politoloq Henri Kissincerin da xidmətini unutmaq lazım deyil. Eyni zamanda Türkiyənin baş naziri olmuş Bülənt Ecevitin ruhu şad olsun. Dosent Zaur Əliyev visiontv.az  
    Click here to Read more
    Prev Article
    Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara start veriləcək
    Next Article
    Qubada qaya parçaları yola düşüb.

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment