Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

    2 weeks ago

    5

    0

    “Embawood” MMC Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) elan etdiyi tenderin qalibi seçilib.  Valyuta.Az xəbər verir ki, AYNA ilə MMC arasında 104.181,02 AZN-lik müqavilə imzalanıb.  İmzalanan müqaviləyə əsasən, AYNA “Embawood”dan müdir masası, müdir kreslosu, müdir otaqları üçün istirahət dəsti, sənəd və printer dolabı, jalüzlər və s. alacaq.  Qeyd edək ki, “Embawood” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Həmin vaxtı şirkətin qanuni təmsilçisi Milli Məclisin VI, VII çağırış deputatı Məmmədov Məşhur Şahbaz oğlu olub.  Həmçinin qeyd edək ki, o, 1996-1999-cu illərdə «Mədinə» mebel şirkətinin direktoru, 1999–2002-ci illərdə «EBME» şirkətinin direktoru, 2002–2009-cu illərdə «Embawood» MMC-nin direktoru, 2009–2011-ci illərdə «Embawood İnşaat» MMC-nin direktoru, 2011–2014-cü illərdə «Embawood» MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə «Progress Construction» MMC-nin direktoru vəzifələrində çalışıb.  Dövlət satınalamaların vahid internet prtalındakı məlumatlara əsasən, «Embawood» MMC 2019-cu ildən bəri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Zaqatala Ərazi İdarəsi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Gəncə Apelyasiya Məhkəməsi, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmət, İqtisadi Elmi Tədqiqat İnstitutu və Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən elan edilən tenderlərin qalibi seçilib.  Əlavə edək ki, 3750 manat nizamnamə kapitalına malik şirkətin hazırki qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur. Rəhim
    Click here to Read more
    Prev Article
    Neftimizin qiyməti bahalaşıb
    Next Article
    "City Construction"ın 350 mindən çox borcu var

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment