Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Aygün Əliyeva: “Həmrəy fəaliyyətlə konkrekt nəticələr əldə etməliyik”

    10 minutes ago

    3

    0

    Finss.az - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, aprelin 28-də Bakıda keçirilən “Həmrəy Fəaliyyət: Yeni və Ədalətli Dünya üçün Qlobal Cənub QHT-lərinin Gücləndirilməsi” adlı Forumda çıxış edərək, Azərbaycanın bu möhtəşəm tədbirin bir parçası olmasından böyük qürur hissi keçirdiyini bildirib. A.Əliyeva qeyd edib ki, bu forum 700-dən çox təşkilatı bir araya gətirir və iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır. O, həmçinin vurğulayıb ki, Cənubda yaşayan ölkələrin əksəriyyəti hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşılaşır: “Azərbaycan daim dayanıqlı inkişafa öz töhfəsini verir. Bu çətinliklərin qarşısını almaq üçün ölkəmiz bu dövlətlərin yanında olub, bir çox beynəlxalq təşəbbüsləri QHT-lərlə birgə həyata keçirib.” A.Əliyeva forumda Azərbaycanın yerli QHT-lərinin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəklədiyini və çoxsaylı təşəbbüslərin uğurla reallaşdırıldığını qeyd edib. “Sevindirici haldır ki, Cənub QHT-ləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Bu iki gün ərzində müzakirə olunacaq məsələlər və imzalanacaq əməkdaşlıq memorandumları gələcəkdə QHT-lər arasında birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edəcək”, – deyə o vurğulayıb. A.Əliyeva forumun zəngin mövzulu və məhsuldar müzakirələrlə dolu olacağına diqqət çəkərək, konkret nəticələr əldə etmək üçün həmrəy olmağın və birgə tədbirlər görməyin vacibliyini qeyd edib: “Unutmamalıyıq ki, konkret nəticələr əldə etmək üçün həmrəy olmalı və birgə tədbirlər görməliyik.” Bu forum, Cənub ölkələri arasında əməkdaşlıq və sosial, iqtisadi məsələlərin həlli istiqamətində yeni bir addım olaraq tarixi əhəmiyyət kəsb edir.
    Click here to Read more
    Prev Article
    Sarkisyanın etirafı: Şuşa əməliyyatında Köçəryan özü də iştirak edirdi
    Next Article
    Dövlət Sosial Müdafiə Fonduna 63 min 289 müraciət daxil olub

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment