Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Ayətullah Məhəmməd Cavad Mühəqqiq Yəzdi 7 il həbs cəzasına məhkum edilib

    1 week ago

    9

    0

    Məşhur mərcəi-təqlid Mirzə Cavad Təbrizinin tələbələrindən olan və Qumda müdərris, tədqiqatçı və vaiz kimi fəaliyyət göstərən Ayətullah Yəzdi bu barədə özü məlumat verib. O, aprelin 9-da şəxsi “Teleqram” kanalında izləyicilərinə müraciətlə yazıb: “Möminlərin dönə-dönə verdikləri sualın cavabında bildirirəm: bir neçə gün əvvəl Qum Xüsusi Məhkəməsinin 5-ci şöbəsindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, sizin mühakimə edilməyinizlə bağlı ilkin hökmlər olduğu kimi təsdiqlənib və qətiləşib, işi hökmlərin icrasına yönəldəcəyik, onlar da sizinlə əlaqə saxlayacaqlar. Bu gün həmin nömrədən mənə zəng vurub dedilər ki, hökmləri icra edirik, sabah saat 9-da burada olun. Ona görə həbs cəzasını çəkmək üçün əziz izləyicilərin xidmətindən mürəxxəs oluram və hamını Allaha tapşırıram. Məlumat üçün mənə verilən ittihamları və çıxarılan hökmləri qeyd edirəm: İsraili dəstəkləmək ittihamı ilə 4 il həbs; mövcud quruluş əleyhinə təbliğat ittihamı ilə 1 il həbs; cənablar Xomeyni və Xameneyini təhqir etmək ittihamı ilə 2 il həbs. Eyni zamanda məni ruhani libası geymək hüququndan həmişəlik məhrum ediblər”. Buradan aydın olur ki, məşhur ruhani ümumilikdə 7 il həbs cəzasına məhkum edilib. visiontv.az
    Click here to Read more
    Prev Article
    Trampın Gömrük rüsumları siyasətinin mahiyyəti
    Next Article
    Türkiyə polisi Əhmədrza Beyzayi adlı SEPAH əməkdaşını həbs edib

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment