Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avtomobil nömrəsini itirən sürücüləri nə gözləyir? - AÇIQLAMA

    15 hours ago

    1

    0

    Bəzən sürücülər müxtəlif səbəblərdən avtomobilin dövlət nömrə nişanını itirirlər. Lakin bu zaman eyni seriya və rəqəmləri yenidən almaq mümkün olmur. Valyuta.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. O qeyd edib ki, bu halda nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir: “Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”. E.Hacıyev qeyd edib ki, yeni nömrə nişanının alınması üçün xüsusi gözləmə müddəti yoxdur.
    Click here to Read more
    Prev Article
    Bu tarixdən uşaqların I sinfə qəbulu başlayır
    Next Article
    "Qala Həyat" Sığortanın mənfəəti artarkən, xərcləri azaldı

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment