Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avropanın məşhur kurortları iqlim dəyişikliyi səbəbilə yox ola bilər

    5 days ago

    4

    0

    Qlobal istiləşmə təkcə Avropanın dağ-xizək kurortlarına deyil, artıq məşhur SPA kurort şəhərlərinə də ciddi zərər vurur. Temperaturun artması, daşqınlar və quraqlıqlar bu bölgələrdəki təbii bulaqları təhlükə altına alır və bu da onların mövcudluğuna ciddi təhdid yaradır. Qaynarinfo "Euronews Travel"ə istinadən xəbər verir ki, əvvəllər qış kurortlarının daimi qar olmaması səbəbilə bağlanması, yayda isə Yunanıstan və İspaniya kimi bölgələrin həddindən artıq isti olması turizm sənayesinə ciddi zərbələr vurmuşdu. İndi isə bu proses Avropanın ən məşhur kurort şəhərlərindəki müalicəvi bulaqlara təsir edir. "Euronews Travel"in məlumatına görə, təbii bulaqları qidalandıran su çıxış nöqtələri və axın sürəti iqlim dəyişikliklərindən təsirlənir. Lakin hələlik bu dəyişikliklərin dəqiq necə baş verdiyini izah edəcək qədər məlumat mövcud deyil.  "The Great Spa Towns of Europe" təşkilatının ictimai əlaqələr üzrə koordinatoru Naomi O'Tul bildirir: "Temperatur artımı, daşqınlar və quraqlıq bulaqların çıxış nöqtələrini və suyun axın sürətini dəyişə bilər, lakin bu prosesi dəqiq başa düşmək üçün hələ kifayət qədər məlumat yoxdur". Zərər artıq özünü göstərməyə başlayıb. 2024-cü ildə Avstriyanın Baden-bei-Vyen şəhərində, 2021-ci ildə isə Belçikanın Spa şəhərində baş verən daşqınlar bu təsiri göstərən nümunələrdir. Böyük Britaniyanın məşhur kurort şəhəri olan Bathda yerləşən "Cleveland Pools" hovuzları da son illər ərzində baş verən çoxsaylı daşqınlar səbəbilə müvəqqəti bağlanmalı olub. Bu hovuzlar 100 ildə bir baş verə biləcək daşqına dözümlü şəkildə inşa olunsa da, son üç ildə ardıcıl olaraq hər il daşqınla üzləşiblər. Bu təhlükəyə cavab olaraq, UNESCO-nun dünya irsi siyahısında yer alan 11 əsas Avropa kurort şəhəri, iqlim dəyişikliyinin mədəni irs obyektlərinə təsirini azaltmaq məqsədilə yeni bir layihəyə - "İrsin qorunması" təşəbbüsünə qoşulublar. Layihə, iqlim dəyişikliyinin təbii və mədəni irsə necə təsir göstərə biləcəyini vizuallaşdırmağı, eləcə də yerli icmaların bu təsirlərlə mübarizə aparmaq üçün bacarıq, alət və həllər inkişaf etdirməsini hədəfləyir. Paşa Məmmədli
    Click here to Read more
    Prev Article
    iPhone'lardaki Aksiyon Tuşunu Android Telefonlara Getiren OnePlus 13T Duyuruldu: İşte Fiyatı!
    Next Article
    VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment