Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sələfi Jozep Borrelin səhvlərini təkrarlamaq istəmir

    1 day ago

    2

    0

    Kaya Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş adlandırıb. “Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz” deyən Kaya Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə vurğulayıb. Bütün bunları Kaya Kallasdan əvvəl bu vəzifəni daşıyan Jozep Borreldən eşitməmişdik. Kaya Kallas minatəmizləmə işlərində Avropa İttifaqının Azərbaycana kömək etmək istədiyini də bildirib. Bundan başqa Kallas Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Kaya Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. Əsas odur ki, Avropada bu planlara çomaq soxan olmasın. Elxan Şahinoğlu visiontv.az
    Click here to Read more
    Prev Article
    Pakistanda bombalı hücum: Çoxlu sayda ölü
    Next Article
    "Azərbaycanda psixoloqlara maraq azdır" - Psixoloq

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment