Search…

    Saved articles

    You have not yet added any article to your bookmarks.

    Browse articles

    GDPR Compliance

    We use cookies to ensure you get the best experience on our website. By continuing to use our site, you accept our use of cookies, Privacy Policies, and Terms of Service.

    Avropa İttifaqından "Apple" və "Meta"ya rekord cərimə

    4 days ago

    3

    0

    Avropa İttifaqı "Apple" və "Meta"ya 700 milyon avro məbləğində cərimə tətbiq etdi Valyuta.az xəbər verir ki, Avropa İttifaqı rəqabət qaydalarını pozduqları iddiası ilə texnologiya nəhəngləri olan "Apple" və "Meta" şirkətlərinə ümumilikdə 700 milyon avro cərimə tətbiq edib. "The Wall Street Journal" nəşrinin məlumatına görə, bu qərar 2024-cü ilin martında qüvvəyə minmiş Rəqəmsal bazarlar aktı (DMA) çərçivəsində verilən ilk böyük cərimələr arasında yer alır. "Apple"a 500 milyon avro cərimə tətbiq olunub. Avropa Komissiyası "Apple" şirkətini tətbiq tərtibatçılarının istifadəçiləri alternativ ödəniş metodları barədə məlumatlandırmasına mane olmaqda ittiham edir. Komissiyanın açıqlamasında bu halın rəqabəti pozduğu, tətbiq tərtibatçılarının daha sərfəli şərtlərlə xidmət təqdim etməsinə mane olduğu qeyd olunub. "Meta" isə 200 milyon avro cərimə edildi. "Meta" şirkəti isə istifadəçiləri şəxsi məlumatları əsasında reklam göstərilməsinə razı olmaq və ya ödəniş etmək məcburiyyəti qarşısında qoymaqda günahlandırılıb. Avropa İttifaqı bu yanaşmanın istifadəçilərə real seçim haqqı tanımadığını, məxfiliyin ciddi şəkildə pozulduğunu bildirib. Buna qarşı olaraq, "Apple" yayımladığı bəyanatda Avropa Komissiyasının qərarını ədalətsiz adlandırıb və bu qərarın həm istifadəçi məxfiliyini, həm də məhsul təhlükəsizliyini təhdid etdiyini bildirib. "Meta"nın beynəlxalq əlaqələr üzrə rəhbəri Coel Kaplan isə Avropa İttifaqını Amerikalı şirkətlərə qarşı ayrı-seçkilik, Avropa və Çin mənşəli rəqiblərə isə güzəştli münasibət göstərməkdə ittiham edib. Hər iki texnologiya nəhəngi tətbiq edilən cərimə qərarlarını apelasiya qaydasında məhkəməyə təqdim etməyi planlaşdırır. Belə ki, qərarların ABŞ ilə Avropa İttifaqı arasında ticarət münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf etməsi də diqqətdən yayınmayıb. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının texnoloji sahədə tətbiq etdiyi tənzimləmələri “ticarətə mane olan gizli rüsumlar” adlandıraraq, qarşılıq olaraq gömrük rüsumlarının artırılması ilə hədələdiyini açıqlamışdı. Sərvanə Rəmixanova
    Click here to Read more
    Prev Article
    Bəzi ərazilərə dolu düşəcək, sulu qar yağacaq
    Next Article
    Leicester City'de 13 yıllık devrin sonu: Vardy resmen veda ediyor!

    Related Local News Updates:

    Comments (0)

      Leave a Comment